- Baxış sayı: 90
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 530
- Oktyabr 21, 2026
- 0

“Barselona” yeni mövsüm öncəsi Xoan Qamper kubokunu qazanıb.
Allsport.az xəbər verir ki, ənənəvi bir oyunluq turnirdə kataloniyalılar Misirin “Əl Əhli” komandası ilə qarşılaşıb.
Görüş “Barselona”nın qalibiyyəti ilə başa çatıb. Qolları Həmzə Əbdülkərim və Rafinya vurub. Qahirə təmsilçisində isə Zizo fərqlənib.
Xoan Qamper turniri 1997-ci ildən keçirilir.