La liqa “Real”ın futbolçusuna görə hərəkətə keçib

La liqa “Valensiya” azarkeşlərinin Eder Militaoya qarşı irqçiliyi ilə bağlı məhkəməyə məlumat verib.

Allsport.az xəbər verir ki, ötən mövsüm İspaniya çempionatında keçirilən matçda “Valensiya” azarkeşləri “Real”ın oyunçusu Vinisius Junioru “meymun” adlandıraraq təhqir etmiş, bununla əlaqədar oyun 8 dəqiqə dayandırılmışdı.

Vinisiusa qarşı irqçilik işi hazırda məhkəmədə araşdırılır. La liqa məhkəməyə məktub göndərərək “Valensiya”nın tribunalarından irqçi təhqirlərin Madrid klubunun müdafiəçisi Eder Militaoya da ünvanlandığını iddia edib. Liqa tədbir görülməsini tələb edir və nümayəndəsinə məhkəmədə çıxış etmək imkanı verilməsini xahiş edir.

Daha əvvəl “Valensiya” “Real” ilə matçda irqçilik təzahürlərinə görə 45 min avro cərimələnib. Klubun stadionunun tribunalarından biri 5 oyunluq bağlasa da, sonradan cəza 3 matça endirilib.

Həmin kateqoriyadan