- Baxış sayı: 1
- 23 Oktyabr 2026 15:31
- Baxış sayı: 529
- Oktyabr 21, 2026
- 0

“Real”dan ayrılan Dani Sebalyosun yeni ünvanı məlum olub.
Allsport.az xəbər verir ki, yarımmüdafiəçi “Betis”ə keçib.
29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Sebalyos 2014-2017-ci illərdə də bu klubda çıxış edib.
2017-ci ildə “Real”a keçən ispan futbolçu Madrid təmsilçisi ilə 235 oyunda forma geyinib. O, bu görüşlərdə 7 qol vurub, 15 məhsuldar ötürmə edib.
Sebalyos bu yay “kral klubu” ilə müqaviləsini ləğv etmişdi.