“Legiya”nın sabiq hücumçusu: “Mahiri mühakimə etmək çətindir”

“Komandanın oyununda sabitlik çatmır. Bundan başqa, heyətə cəlb olunan futbolçular nəyisə dəyişə bilmirlər”.

Allsport.az xəbər verir ki, bu sözləri Polşa “Legiya”sının sabiq futbolçusu Stanko Svitlitsa komandanın cari mövsüm ekstraklasadakı uğursuz çıxışı və yeni transferləri barədə “Sport.pl” saytına müsahibəsində deyib.

Veteran oyunçu Varşava təmsilçisinin yayda heyətinə qatdığı Azərbaycan millisinin hücumçusu Mahir Əmrəlinin çıxışına da toxunub: “Əmrəli pis futbolçu deyil. Avrokubokların təsnifat mərhələsində, həmçinin Avropa liqasının qrupunda İngiltərə “Lester”inə qol vurub. Ona görə də bu futbolçunu mühakimə etmək çətindir”.

“Legiya” Polşa çempionatında 9 xalla 18 komanda arasında 17-ci sırada qərarlaşıb.

Həmin kateqoriyadan