“”Çelsi”nin rəhbərliyində axmaqlar, yoxsa dahilər oturur?”

Allsport.az xəbər verir ki, “Çelsi”nin sabiq baş məşqçisi Frenk Ləmpard londonluların yeni sahiblərinin kluba münasibətindən danışıb:

““Çelsi”nin rəhbərliyində axmaqlar, yoxsa dahilər oturur? Mən yalnız bir şeyi deyə bilərəm: Tod Boli və şirkət klubun uğurundan çox narahatdırlar və londonluların həm İngiltərə, həm də Avropa futbolunda zirvədə olmasını istəyirlər. 

Klub rəhbərliyi ilə yaxşı münasibətim var”.

Yeni sahiblər Roman Abramoviç klubdan ayrıldıqdan sonra, 2022-ci ilin may ayından etibarən “Çelsi”yə rəhbərlik edirlər. 

“Zadəganlar” amerikalı investor Todd Bolinin rəhbərlik etdiyi konsorsiuma 4,25 milyard funta satılıb.

Həmin kateqoriyadan