“Liverpul”dan 145 milyonluq transfer

“Liverpul”dan 145 milyonluq transfer

İngiltərənin “Liverpul” klubu hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Allsport.az xəbər verir ki, Mersisayd təmsilçisi PSJ-dən Bredli Barkolanı transfer edib.

“Liverpul” futbolçu üçün Paris klubuna 125+20 milyon avro təzminat ödəyəcək. 23 yaşlı ön xətt oyunçusu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

PSJ Bredli Barkolanı 2023-cü ilin yayında “Lion”dan 45 milyon avroya transfer etmişdi. Fransa millisinin üzvü bu müddət ərzində liqa-1 nəhənginin heyətində meydana çıxdığı 152 rəsmi matçda 39 qol və 37 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan