London klubuna keçə bilər

“Leypsiq”in hücumçusu Lui Openda karyerasına İngiltərə premyer liqasında davam edə bilər.

Allsport.az xəbər verir ki, belçikalı futbolçu ilə “Arsenal” yaxından maraqlanır. “Topçular” 23 yaşlı futbolçunu 70 milyon avroya transfer edə bilər. Onun Almaniya klubu ilə müqaviləsi 2028-ci ilə qədər nəzərdə tutulub.

Bundesliqanın bu mövsümündə Openda 6 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan