Məğlubiyyətdən sonra ilk açıqlama

Məğlubiyyətdən sonra ilk açıqlama

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalında İspaniyaya uduzduqdan sonra azarkeşlərə müraciət edib.

Allsport.az xəbər verir ki, 39 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşdığı məktubda komandasının turnirdə göstərdiyi mübarizədən qürur duyduğunu bildirib:

“Acı çox böyükdür və bu yaranın sağalması çətin olacaq. Amma eyni zamanda bütün gözəl anları da ürəyimdə daşıyıram. Geridönüş edərək qalib gəldiyimiz və yaddaşlarda əbədi qalacaq oyunları, bu komandanın zəhmətini, əzmini və bizi bir daha dünyanın ən yaxşıları sırasına qaytaran bütöv bir ölkənin dəstəyini heç vaxt unutmayacağam.

Bu gün buna dəyər vermək çətin olsa da, bu komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəlməyi bacardı.

Mənə ünvanlanan bütün xoş sözlərə və dəstək mesajlarına ürəkdən təşəkkür edirəm. Bir daha ölkə olaraq birləşməyi və argentinalı olmağın qürurunu birlikdə yaşamağı bacardıq.

Həmçinin çempionluq münasibətilə İspaniya millisini də təbrik edirəm”.

Argentina dünya çempionatının finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olub.

Həmin kateqoriyadan