- Baxış sayı: 18
- 11 Avqust 2026 12:19
- Baxış sayı: 101
- Avqust 10, 2026
- 0

“Nottingem Forest”in sahibi Evangelos Marinakis “Kristal Pelas”a qarşı məhkəmə iddiası qaldırıb.
Allsport.az xəbər verir ki, buna səbəb “Kristal Pelas” azarkeşlərinin ötən ilin avqustunda “Nottingem Forest”lə ev oyununda açdığı təxribat xarakterli pankartdır. İddia “CPFC limited” şirkəti və kimliyi məlum olmayan şəxslərə qarşı yönəlib.
Məsələ “Kristal Pelas”ın UEFA-nın çoxklublu sahiblik qaydalarını pozduğu üçün Avropa liqasından konfrans liqasına göndərilməsindən sonra yaranıb. London klubunun Avropa liqasındakı yerini məhz “Nottingem Forest” tutub.
Pankartda komandanın sahibi ilə bağlı ittiham xarakterli ifadələr yer alıb. Marinakis isə danışılmış oyunlar, korrupsiya və digər qanunsuz əməllərlə bağlı iddiaları dəfələrlə rədd edib.
Evangelos Marinakis 2017-ci ildən “Nottingem Forest”in sahibidir. O, həmçinin Yunanıstanın “Olimpiakos” klubuna da rəhbərlik edir.