“Mən ehtiraslı futbolçuyam, enerjimi komandaya gətirmək istəyirəm”

Sofyan Amrabat yeni mövsüm ərəfəsində “Mançester Yunayted”ə keçib. Allsport.az saytı xəbər verir ki, “qırmızı şeytanlar” onu 1 mövsüm üçün “Fiorentina”dan icarəyə götürüb.

“”Mançester Yunayted”in oyunçusu olmaq mənim üçün böyük şərəfdir. Səbirli olmalıydım. Amma mən hər zaman ürəyimi dinləyən biriyəm və indi arzuladığım klubu təmsil edirəm.

Mən ehtiraslı futbolçuyam, enerjimi komandaya gətirmək istəyirəm və bunun üçün hər bir hərəkətimdə əlimdən gələni edəcəyəm”.

Həmin kateqoriyadan