“Məndən qələbələr tələb edilir”

Allsport.az xəbər verir ki, “Barselona”nın baş məşqçisi Xavi, “Mançester Siti”nin çalışdırıcısı Pep Qvardiola ilə müqayisə olunmasını şərh edib. Sitat:

“Qvardiola “Mançester Siti” ilə yalnız 7 mövsümdən sonra Çempionlar Liqasını qazana bildi. “Barselona” sonuncu dəfə 2015-ci ildə Çempionlar Liqasının qalibi olub.

Burada insanlar o qədər də səbirli deyillər. “Barselona”nın “Mançester Siti” ilə heç bir ortaq cəhəti yoxdur. Pep də bunu dəqiq bilir və tələblərin səviyyəsini başa düşür.

Məndən qələbələr tələb edilir. Başa düşürəm ki, qələbələr yaxşı oyunla gəlir, amma ötən mövsüm “Bavariya” ilə gözəl oyun keçirdik, lakin 0:2 hesabı ilə uduzduq.

Kataloniya azarkeşləri başqa klublarda olduğu kimi uzun müddət gözləməyəcəklər”.

Həmin kateqoriyadan