Mərakeş karate-1 liqasında kimlər çıxış edəcək?

Mayın 13-15-də Mərakeşin paytaxtı Rabatda karate-1 premyer liqasının 3-cü mərhələsi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, rəqabətdə 48 ölkədən 238 idmançı mübarizə aparacaq.

Dünya karate federasiyasının bu mötəbər silsilə yarışında 3 kimono ustamız iştirak edəcək: İrina Zaretska (68 kg), Əminağa Quliyev və Sultan Hüseynovu (hər ikisi – 60 kq).

Nüfuzlu turnirin növbəti mərhələsi sentyabrın 2-4-də Bakıda keçiriləcək.

Həmin kateqoriyadan