Məşhur mütəxəssisdən dəstək: Olimpiyaçılarımızın arxasındayam, idmanda udmaq da olar, uduzmaq da

Azərbaycan voleybol federasiyasının 1-ci vitse-prezidenti Faiq Qarayev, Tokio-2020-də olimpiya millimizin çıxışını dəyərləndirdi. Allsport.az saytı xəbər verir ki, o, qazanılan 3 gümüş və 4 bürünc medalı yaxşı nəticə saydı:

“Tokioda 7 medal qazandıq, yaxşı nəticədir. Qızıl medal olmadı, nə olsun? Əvvəl olanda yaxşıydı, indi pis? İdmandır, burda udmaq da olar, uduzmaq da. Top komandalar var, 100-milyonluq büdcələri olan. Onlar heç uduzmur?

Bizdə 3 qızıl medal ola bilərdi, olmadı. Nə edək? Rəfael Ağayev ağır zədə ala bilərdi. Onun həyatını kim sığortalayıb? O, finalda udmuşdu, hakimlər italyanlıya kömək etdilər. Sonradan araşdırdım, öyrəndim ki, orda itaylan qruplaşması var.

Hacı Əliyev də qızıl medala yiyələnə bilərdi. İdmançılarımıza dəstək olmaq, onlara ruh yüksəkliyi vermək lazımdır. Burda elə KİV-in də üzərinə məsuliyyət düşür. Həmişə idmançıların arxasında olmuşam, indi də. Hər şey yaxşı olacaq. Yeni nazir təyin olunandan sonra, çox güman, yeni strategiya müəyyənləşəcək”.

Həmin kateqoriyadan