- Baxış sayı: 39
- 28 Avqust 2026 23:53
- Baxış sayı: 133
- Avqust 27, 2026
- 0


İspaniya yığmasının və “Barselona”nın sabiq yarımmüdafiəçisi Andres İnyestanın yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, 42 yaşlı keçmiş futbolçu BƏƏ-nin 1-ci liqasında mübarizə aparan “Qalf Yunayted” komandasının baş məşqçisi vəzifəsinə gətirilib.
İnyesta sosial şəbəkə hesabındakı paylaşımında bu addımı belə dəyərləndirib:
“Bu gün mənim üçün yeni və çox ruhlandırıcı mərhələ başlayır. BƏƏ-nin 1-ci liqasında çıxış edən “Qalf Yunayted”in baş məşqçisi kimi debüt edirəm. Bu mühüm vəzifəni əla məşqçilər heyəti və gənc, iddialı və çox motivasiyalı komandanın müşayiəti ilə qəbul edirəm”.
Bu təyinat İnyestanın məşqçilik karyerasındakı ilk təcrübəsidir.