- Baxış sayı: 34
- 02 May 2024 11:00
- Baxış sayı: 51
- May 01, 2024
- 0
Azərbaycan millisinin futbolçusu Mahir Əmrəlinin çıxış etdiyi “Legiya” klubu Polşa Kubokunda 1/4 finala yüksəlib.
Allsport.az xəbər verir ki, Varşava təmsilçisi 1/8 finalda “Motor”u səfərdə məğlubiyyətə uğradıb – 2:1.
24 yaşlı hücumçu meydana 46-cı dəqiqədə girib. Həmin vaxt “Legiya” 0:1 hesabı ilə geridə olub. Qonaq komanda Lukinyasın 56-cı və Şimon Vlodarçikin 73-cü dəqiqədə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.
Növbəti mərhələdə rəqib “Arka Qdınya” komandası olacaq.