“Mançester Siti”dən dünyanın ən bahalı transferi

“Mançester Siti” “Leyptsiq”in futbolçusu Yoşko Qvardiolı transfer edib.

Allsport.az saytı xəbər verir ki, ,xorvatiyalı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.

Qvardiolun transferi üçün “Mançester Siti” 90 milyon avro təzminat və 10 milyon avro bonus ödəyəcək. Bununla da, xorvatiyalı oyunçu futbol tarixinin ən bahalı müdafiəçisi olub.

Müdafiəçi ötən mövsüm “Leyptsiq”lə bütün turnirlərdə 41 oyuna çıxıb və 3 qol vurub. O, Xorvatiya millisinin heyətində  DÇ-2022-nin bürünc medallarını qazanıb.

Həmin kateqoriyadan