Mariya bitərəf ola bilmədi – FOTO

Beynəlxalq gimnastika federasiyası (FİG) rusiyalı idmançılara beynəlxalq yarışlarda iştirak edə bilmələri üçün neytral status verməyə başlayıb. Allsport.az xəbər verir ki, ilk olaraq Arina Kovşova, Arina Yankovskaya, Vladislava Nikolenko, Aleksandra Həbibullina, Diana Çugunixina və Varvara Toporova bu statusu əldə edənlər sırasında yer alıb.

Həmçinin, məşqçi kimi Yevgeniya Kanaeva da neytral status alıb. Amma çoxnövçülük üzrə Rusiya çempionu Mariya Borisova bu siyahıya daxil edilməyib.
Onun Rusiya və beynəlxalq turnirlərdə qazandığı uğurlara baxmayaraq, bu qərar təəccüb doğurub.

Mütəxəssislər, o cümlədən Yana Batırşina, onun statusunun yaxın zamanda yenidən nəzərdən keçiriləcəyinə ümid edirlər.

Eyni zamanda, Rusiya çempionatının digər mükafatçıları, məsələn, Karina Kireyeva da neytral status ala bilməyib, bu da seçim meyarlarına dair suallar yaradır.

Həmin kateqoriyadan