- Baxış sayı: 18
- 30 İyun 2026 14:43
- Baxış sayı: 101
- İyun 26, 2026
- 0
Braziliya millisinin hücumçusu Gabriel Martinelli dünya çempionatının 1/16 final mərhələsində Yaponiya milllisinə qarşı keçirilən matçda qələbə qolunu vurub 2:0.
Allsport.az saytı xəbər verir ki, o, matçdan sonra təəssüratlarını bölüşüb:
“Qəlbimdəki sevinci sözlə ifadə etmək mümkün deyil. Bütün stadionun ayağa qalxdığını, valideynlərimi, dostlarımı görmək… Bunu təsvir etmək sadəcə mümkün deyil. Topu dirəyə vuranda bilirdim ki, mənim daha bir şansım olacaq.
Düzünü desəm, danışmağa söz tapa bilmirəm. Sadəcə xoşbəxtəm ki, komandama kömək edə bildim. Sol cinahda oynamağımın, yoxsa mərkəzdə çıxış etməyimin fərqi yoxdur. Ən vacibi komandaya fayda verməyim idi”.