Martinez “İnter”dən ayrılacaq

Lautaro Martinez karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Allsport.az xəbər verir ki, Səudiyyə klublarından biri artıq futbolçunun agentinə təklif göndərib. Hücumçuya 4 illik müqavilə, mövsümə 60 milyon avro təklif olunub. 

Argentinalı hələ Yaxın Şərq liqasına keçməyə razılıq verməyib, buna görə də səudiyyəlilər hələ “İnter” ilə danışıqlar aparmırlar. 

Lautaro ötən mövsüm “A” seriyasında 38 oyuna çıxıb, 21 qol vurub və 6 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan