“Məncə, həmişə eyni futbolçulara mükafatı vermək başqalarına haqsızlıqdır”

Kilian Mbappe, “Qızıl top”u qazanmaq üçün kifayət qədər zəhmət çəkdiyini hesab edir. Allsport.az xəbər verir ki, o, çox güman ki, bu mövsüm mükafat uğrunda Erlinq HaalandLionel Messi ilə rəqabət aparacaq. 

Messi ən çox 7 dəfə “Qızıl top”u qazanıb. Lakin Mbappe bir oyunçuya diqqət yetirməyin digərlərinə qarşı ədalətsizlik olacağını düşünür.

“Mən “Qızıl top” barədə fikirləşməsəm də, insanlar mənim qalib olmağımı istəyir. Məncə, həmişə eyni futbolçulara mükafatı vermək başqalarına haqsızlıqdır.

Axı, hər il heç olmasa bir oyunçu belə yüksək səviyyədə təsir edici ustalıq göstərir” – fransalı hücumçu deyib.

Həmin kateqoriyadan