Kilianı 250 milyon avroya satır

PSJ, hücumçu Kilian Mbappeni 250 milyon avroya satmağa hazırdır. Allsport.az saytı xəbər verir ki, Paris klubu hələ də “Real Madrid”dən təklif gözləyir.

O, rəhbərliyə müqavilənin sonunda, 2024-cü ilin yayında pulsuz transferlə komandadan ayrılmayacağına söz verib. Əvvəl “qalaktikos”un transfer pəncərəsi bağlanana qədər Mbappe üçün PSJ-yə təklif göndərəcəyi bildirilirdi.

24 yaşlı fransalı ötən mövsüm PSJ-nin heyətində 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə verib.

Həmin kateqoriyadan