“MDB oyunlarina hazırlıq yüksək səviyyədə gedir”

“3-cü MDB oyunlarina hazırlıq yüksək səviyyədə gedir. Ölkənin müxtəlif bölgələrinin 7 şəhərində keçiriləcək. Bildiyiniz kimi, Gəncədə stadion yenidən qurulur. Yevlaxda iri idman kompleksi inşa olunur”.

Allsport.az saytı xəbər verir ki, bunu Suqovuşanda ümummilli lider Heydər Əliyevin xatirəsinə avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası izləyən gənclər və idman naziri Fərid Qayıbov dedi. Onun sözünə görə, sıradan çıxan idman qurğuları təmir olunur:

“Bütün rayonlarımızda olimpiya idman qurğuları var. Onlardan da istifadə olunacaq. Bu məqsədlə həmin arenalar təmir edilir. Bu fürsətdən istifadə edib Gəncə və Yevlaxa da səfər edəcəyəm”.

Həmin kateqoriyadan