Mehman Xəlilov: Erməni rəqibim uduzmağı ilə barışa bilmirdi

“Erməni idmançıya qalib gəldiyim üçün sevincliyəm. Düşmən ölkənin idmançısına qalib gəlmək çox sevindirici haldır. Görüş çox çətin olmadı. Ona qalib gələcəyimə əmin idim. Allahın köməkliyi ilə qalib gəldim”.

Allsport.az saytı xəbər verir ki, bu sözləri 2-ci Avropa oyunlarında Maksim Manukyanı məğlub edən Mehman Xəlilov deyib. Bürünc medalçı erməni idmançısı ilə qarşılaşmada motivasiyaya ehtiyacının olmadığını əlavə edib:

“Məşqçinin əlavə motivasiya verməyinə hər zaman ehtiyac var. Amma rəqibim düşmən ölkədən olduğu üçün ikiqat motivasiyam vardı. Güləşdən sonra əlimi sıxmadı? Hə, nəsə uduzmağından narazı idi. Nəsə uduzmağı ilə barışa bilmirdi. Allaha çox şükür, qələbə qazandım”.

Həmin kateqoriyadan