Mersisaydlıların üçdəbir hissəsini almağa yaxındır

Mersisaydlıların üçdəbir hissəsini almağa yaxındır

“Amazon”un təsisçisi Ceff Bezosun daxil olduğu konsorsium İngiltərənin “Liverpul” klubunun təxminən üçdəbir hissəsini almağa yaxındır.

Allsport.az xəbər verir ki, klubun əsas səhmdarı olan “Fenvay sports qroup” (FSG) sövdələşmə ilə bağlı yaxın günlərdə açıqlama verə bilər.

Bezos feysbukun həmtəsisçisi Eduardo Saverin və Amit Bhatianın rəhbərlik etdiyi investor qrupuna qoşulacaq. Konsorsiumun klubda 30 faizdən çox pay əldə edə biləcəyi bildirilir.

Sövdələşmə baş tutarsa, “Liverpul”un dəyəri təxminən 4,4 milyard funt sterlinq (6 milyard dollar) qiymətləndiriləcək.

FSG “Liverpul”u 2010-cu ildə 300 milyon funt sterlinqə alıb.

Həmin kateqoriyadan