Messi 1000-ci oyununa çıxıb

Argentina millisinin və PSJ-nin ulduz futbolçusu Lionel Messi karyerasında 1000-ci matçına çıxıb. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı hücumçu Qətərdə dünya çempionatının 1/8 finalında Avtraliya ilə görüşdə yubiley oyununu keçirib.

O, ilk görüşünü 2003-cü ildə keçirib. “Barselona”da 778, “Pari Sen Jermen”də 53, Argentina seçməsində ilə 168 matçda meydanda olub. Messi ümumilikdə 778 qol vurub və 338 məhsuldar ötürmə verib.

Lionel 2:1 qalib gəldikləri yubiley oyunda da fərqlənib. Forvard 35-ci dəqiqədə hesabı açıb.

Həmin kateqoriyadan