- Baxış sayı: 36
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 73
- Sentyabr 17, 2026
- 0

“İnter Mayami”, “Napoli”nin yarımmüdafiəçisi Kevin De Brüyneni transfer etmək niyyətindən əl çəkməyib.
Apasport.az xəbər verir ki, MLS təmsilçisi belçikalı futbolçunu Lionel Messi, Luis Suares və Rodriqo De Paulla eyni komandada oynatmaq istəyir.
Hazırda “İnter Mayami” ilə yanaşı, “Çikaqo Fayr” və “San Dieqo” da 34 yaşlı yarımmüdafiəçinin durumunu yaxından izləyir.
Kevin De Bruyne ötən mövsüm “Napoli”nin heyətində keçirdiyi 21 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə edib.