- Baxış sayı: 37
- 15 İyul 2026 23:54
- Baxış sayı: 174
- İyul 15, 2026
- 0

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixində növbəti rekorda imza atıb.
Allsport.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın İngiltərə ilə yarımfinal matçına start heyətində çıxmaqla buna nail olub.
Messi 39 yaş 21 günlük olarkən mundialların yarımfinal mərhələsində meydana çıxan ən yaşlı sahə oyunçusu adına sahib çıxıb.
Argentinalı ulduz bununla dünya çempionatları tarixində yeni yaş rekordunu rəsmiləşdirib.