Meyvezerin növbəti rəqibi məlum olub

Allsport.az xəbər verir ki, 5 divizion üzrə keçmiş dünya çempionu Floyd Meyvezerin növbəti rəqibi məlum olub. O, cinayətkar Con Qottinin nəvəsi Con Qotti ilə görüşəcək.

Döyüş “Last Name Matter” adlanacaq və 11 iyunda Florida ştatının Sanrays şəhərində baş tutacaq.

Meyvezer yüngül çəki dərəcəsində mübarizə aparan, məğlubiyyət yaşamayan ABŞ-lı peşəkar boksçudur.

30 yaşlı Qotti bir neçə il həvəskar kimi fəaliyyət göstərdikdən sonra 2017-ci ildə peşəkar MMA döyüşçüsü olub.

Həmin kateqoriyadan