“MicroPlus” – rəsmi tərəfdaş

“MicroPlus Informatica” ilə imzalanan razılığa əsasən, Bakı-2019 Avropa gənclər yay olimpiya festivalının rəsmi sponsoru olaraq məlumatların emalı və vaxtın dəqiqləşdirilməsi üzrə xidmətləri gerçəkləşdirəcək.

Allsport.az saytı xəbər verir ki, şirkət nəticələrin hesablanması xidmətlərinin göstərilməsi üçün vacib olan avadanlıqları, Avropa federasiyasının qayda və normalarına uyğun proqram təminatı sistemini, həmçinin festivalının yarış meydançalarında bu xidmətlərin göstərilməsi üçün tələb olunan kadrları təqdim edir.

MicroPlus 2000-ci ildə yaranmış və həmin zamandan etibarən bir çox əhəmiyyətli idman tədbirlərində, o cümlədən Azərbaycanda keçirilmiş 4-cü İslam həmrəyliyi oyunlarında xidmət göstərib.

Həmin kateqoriyadan