- Baxış sayı: 30
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

“Milan”ın futbolçusu Kristofer Nkunku karyerasını Almaniyada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, “Leypsiq” fransalı futbolçunu satınalma hüququ ilə icarəyə götürmək istəyir.
Lakin bu variant “Milan”ı qane etmir. “Rossonyerilər” 28 yaşlı hücumçunun keçidi üçün 35 milyon avro tələb edir.
28 yaşlı hücumçu isə gələcəyi ilə bağlı hələ qərar verməyib.
Kristofer Nkunku ötən mövsüm “A” seriyasında 32 oyuna çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.