- Baxış sayı: 57
- 21 İyul 2026 23:26
- Baxış sayı: 71
- İyul 19, 2026
- 0

Argentina millisinin müdafiəçisi Nikolas Otamendi yığma karyerasını başa vurub.
Allsport.az xəbər verir ki, 38 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Təcrübəli müdafiəçi qərarını bu sözlərlə açıqlayıb:
“Əgər həmişəlik saxlayacağım bir şey varsa, o da heç vaxt inamını itirməyən, son saniyəyə qədər mübarizə aparan və bu rəngləri bütün qəlbi ilə qoruyan möhtəşəm bir komandayla bu yolu birlikdə keçməyimin qürurudur”.
Xatırladaq ki, Argentina yığması DÇ-2026-nın finalında 0:1 hesabıyla İspaniyaya uduzub.