Milli komandamız “Sumqayıt”a uduzdu

Premyer Liqanın 2015/16 mövsümü üçün hazırlığa start verən “Sumqayıt” Futbol Klubu növbəti yoxlama oyununu keçirib. Allsport.az xəbər verir ki, sözügedən komanda “Kapital Bank Arena”da 19 yaşadək futbolçulardan ibarət milli ilə qarşılaşıb.

Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdə “Sumqayıt” FK 2:1 hesabi ilə qələbə qazanıb. Premyer Liqa klubunun qollarını Vurğun Hüseynov və Ağabala Ramazanov vurub.

Xatırladaq ki, “Sumqayıt” FK hazırlığın ilkin mərhələsi dövründə növbəti yoxlama oyununu iyulun 11-də AZAL-a qarşı keçirəcək. Həmin görüş saat 19:00-da “Kapital Bank Arena”da baş tutacaq.

Həmin kateqoriyadan