YENİLƏNİB
Azərbaycan milli komandasından 4 qolluq məğlubiyyət

FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 27-ci ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib. Allsport.az xəbər verir ki, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşıb.

Peterburqski İdman-Konsert Kompleksində keçirilən oyun meydan sahiblərinin xeyrinə başa çatıb. Bol qollu oyunda sankt-peterburqlular 4:2 hesabıyla üstün olublar.

Millimiz növbəti matçını sabah Cənubi Koreyaya qarşı keçirəcək.

Valentin Qranatkinin xatirə turniri
H qrupu
7 yanvar

Azərbaycan – Sankt-Peterburq 2:4 (1:1)

Həmin kateqoriyadan