- Baxış sayı: 31
- 19 İyun 2026 20:30
- Baxış sayı: 36
- İyun 19, 2026
- 0

Azərbaycan yığmasının keçmiş futbolçusu Abdulla Abatsiyev Moskvada həbs olunub.
Allsport.az xəbər verir ki, buna səbəb 31 yaşlı yarımmüdafiəçinin külli miqdarda dələduzluq işində iştirak etməsi olub.
Abatsiyev cinayətkar qruplaşmanın 79 yaşlı moskvalı təqaüdçünü 14 milyon rublu təhvil verməyə razı sala bildiyi dələduzluq sxemində kuryer kimi fəaliyyət göstərib.
Abatsiyev Azərbaycan milli komandasının heyətində 1 oyun keçirib. O, 2014-cü ildə ABŞ ilə yoldaşlıq oyununda (0:2) iştirak edib.