- Baxış sayı: 44
- 16 İyun 2026 22:15
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Milli olimpiya komitəsi və üç tərəfdaş şirkət arasında Tokio-2020 olimpiya və paralimpiya oyunları çərçivəsində əməkdaşlığa dair memorandumun imzalanma mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, “Fairmont” otelində təşkil olunmuş əməkdaşlığa dair memorandumları MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, “Azercell Telekom” məhdud məsuliyyətli cəmiyyətin prezidenti Vahid Mürsəliyev, “Toyota Qafqaz MMC” nin direktoru Rəşad Saracov və “Go Sport” brendinin rəsmi təmsilçisi – “Blue Planet Distribution MMC” nin direktoru Səbinə Qazızadə imzalayıb.
Hər 3 tərəfdaş şirkət 2021-ci ilin sonunadək milli olimpiya komitəsinin və milli olimpiya komandasının məğrur tərəfdaşları kimi çıxış edəcək.