Milli olimpiya komitəsində karateçilərlə görüş

Bu gün milli olimpiya komitəsinin inzibati binasında noyabrın 16-22-də Dubayda dünya çempionatında uğurla çıxış etmiş karateçilərlə görüş keçirildi.

Allsport.az saytı xəbər verir ki, toplantıda MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, milli karate federasiyasının prezidenti Yaşar Əliyev, kişi kumiteçilərdən ibarət yığma komandanın baş məşqçisi Qurban Tağıyev, qadınlardan ibarət kumite komandanın baş məşqçisi Denis Morozov, federasiyanın baş hakimi Cahangir Babayev, komandanın üzvləri iştirak ediblər.

Planetin ən güclülərinin yarışında idmançılarımızdan İrina Zaretska (68 kq) qızıl, Asiman Qurbanlı (+84 kq) bürünc medal qazanıb. Bundan başqa, Rafael Ağayev, Asiman Qurbanlı, Tural Ağalarzadə, Turqut Həsənov, Pənah Abdullayev, Tural Ələkbərli, Rafiz Həsənovdan ibarət komandamız, eləcə də parakarateçilərimizdən Emiliya Mitilinova və Eldar Əhmədov dünya 3-cüsü olublar.

Həmin kateqoriyadan