“Millidə özünü düzgün aparmalısan”

Millətlər liqası çərçivəsində bu gün saat 20:00-da “Dalğa arena”da  keçiriləcək Azərbaycan – Qazaxıstan oyunu ərəfəsində mətbuat konfransı olub. Allsport.az saytı xəbər verir ki, toplantıda baş məşqçimiz Canni de Byazi bunu deyib:

“Çox ağır, çətin oyun olacaq. Qazaxıstanın lider olacağını heç kim gözləmirdi. Vuruşur, mübarizə aparırlar. Birinci yerə layiqdirlər. Qazaxıstan çox güclü komandadır. Slovakiya ilə matçı unutmalı və bu matçı düşünməliyik. Çox yaxı komandamız var. Özümüzü daha yüksək səviyyədə idarə edə bilərik. Komandamdan razıyam. Hesab edirəm ki, düzgün yoldayıq.

Qara Qarayev milli komandaya dəvət olunmama səbəbi sizdən də, məndən də yaxşı bilir. Heç vaxt komandada olan sirri aça bilmərəm. Bu, düzgün deyil. Komandanın içində olanlar orada qalır. Belə etsək, böyük bir komanda qura bilmərik. Bizimlə olan futbolçular barədə düşünməliyik. Hazırda burada olanlardan razıyam. İlk gündən deyirəm ki, millinin qapısı hamı üçün açıqdır. Eynilə həmin qapı bağlana da bilər. Millidə özünü düzgün aparmalısan. Bu, mənim üçün çox önəmlidir.

Elvin Camalov çox döyüşkən futbolçudur. Meydanda bütün gücünü ortaya qoyur. Bir epizoda görə heç nə demək olmaz. Çox vacib oyunçudur. Həmişə özünü düzgün aparır. Slovakiyaya qarşı çox yaxşı oyun keçirdi. Ondan razıyam. Klubunda da liderdir”.

Həmin kateqoriyadan