- Baxış sayı: 31
- 19 Avqust 2026 13:58
- Baxış sayı: 96
- Avqust 18, 2026
- 0

Seneqal milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
Allsport.az xəbər verir ki, Afrika təmsilçisini Patrik Vieyra çalışdıracaq.
Seneqal əsilli fransalı mütəxəssis bu vəzifədə 2026-cı il dünya çempionatından sonra postundan ayrılan Pap Tyavı əvəzləyib. Vieyra milli komanda səviyyəsində ilk dəfə baş məşqçi kimi çalışacaq.
50 yaşlı mütəxəssisin son iş yeri İtaliyanın “Cenoa” klubu olub. O, daha əvvəl “Kristal Pelas”, “Nitsa”, “Strasburq” və “Nyu York Siti” kimi komandaları çalışdırıb.
Patrik Vieyra futbolçu kimi Fransa millisi ilə 1998-ci ildə dünya çempionu və 2000-ci ildə Avropa çempionu olub.