- Baxış sayı: 30
- 11 Sentyabr 2026 13:58
- Baxış sayı: 409
- Sentyabr 08, 2026
- 0

“Real”ın qolkiperi Tibo Kurtua Belçika millisindəki çıxışını müvəqqəti dayandırıb.
Allsport.az xəbər verir ki, o, millətlər liqasının matçlarında oynamaq istəmədiyini, yalnız baş məşqçinin zədələr səbəbindən kadr problemi ilə üzləşəcəyi təqdirdə istisna hal kimi komandaya kömək edə biləcəyini bildirib.
Təcrübəli oyunçu bu qərarın yığmanın “dördlər finalı”na vəsiqə qazanacağı təqdirdə belə, həmin mərhələdə də çıxış etməyəcəyi mənasına gəldiyini əlavə edib.
Bununla yanaşı, təcrübəli qolkiper Avropa çempionatının seçmə mərhələ matçlarında iştirak etməyə hazır olduğunu da bildirib. Qolkiper heyətdəki yeri uğrunda mübarizə aparmaq və yenidən birinci qolkiper olduğunu sübut etmək istədiyini vurğulayıb.
Belçika millisi UEFA millətlər liqasında növbəti matçını sentyabrın 25-də İtaliya yığmasına qarşı keçirəcək.