Millidən imtina etdi

Millidən imtina etdi

İsveçrə millisinin hücumçusu Noah Okafor yığmada oynamamaq qərarına gəlib.

Allsport.az xəbər verir ki, 26 yaşlı futbolçu Murat Yakın baş məşqçi olduğu müddətdə İsveçrə millisinin formasını geyinməyəcəyini bildirib.

Okafor bu qərarını Yakının ona kifayət qədər güvənməməsi ilə əsaslandırıb. O, baş məşqçinin yanında özünü dəyərli futbolçu kimi hiss etmədiyini deyib.

Okaforla Yakın arasında münasibətlər daha əvvəl də gərgin olub. Futbolçu 2025-ci ildə milliyə dəvət almamasından narazı qalmışdı.

Sonradan tərəflər görüşüb və münasibətlərin düzəldiyi açıqlanıb. Lakin DÇ-2026 zamanı Okafor əsas heyətdə az oynayıb.

Noah Okafor İsveçrə millisində 2019-cu ildən çıxış edir. O, yığmada 26 oyun keçirib və 2 qol vurub.

Okafor hazırda İngiltərənin “Lids” klubunda oynayır. O, daha əvvəl “Bazel”, “Zalsburq”, “Milan” və icarə əsasında “Napoli”də çıxış edib.

Həmin kateqoriyadan