Millimiz 9099 gündən sonra ev oyununu yenidən yurd dışında keçirəcək

“Ay-ulduzlular”ımız millətlər liqasının 2-ci ev oyununu ölkə dışında keçirəcək. Allsport.az saytı xəbər verir ki, bu gün Kiprlə Albaniyada görüş tarixdə 6-cıdır. Komandamız indiyədək 5 ev oyununu kənarda keçirib. Bu, Avro-1996-nın qrup ələməsinə təsadüf edib.

Həmin vaxtda da indiki kimi təxribatçı Ermənistanın silahlı hücumları üzündən yığmamız Bakıda oynaya bilməyib. Yığmamız beynəlxalq arenada debütü qardaş Türkiyədə baş tutub. Trabzonda “Hüseyn Avni Akər” stadionunda 5 qarşılaşmadan 4-ünə Ağasəlim Mircavadovun rəhbərliyi ilə çıxıb. Bu matçların hamısında uduzan “ay-ulduzlular”ımız cəmi 1 qol vurub. Bunun müəllifi Nazim Süleymanov olub.

25 il öncəyə təsadüf edən son belə görüş Polşaya qarşı olub. Kazbek Tuayevin rəhbərliyi ilə meydana çıxan yığma tarixində ilk dəfə seçmə görüşdə xal qazanıb – 0:0. Həmin matçdan 9099 gün sonra milli bu dəfə Elbasana ev sahibi kimi çıxacaq.

Həmin kateqoriyadan