- Baxış sayı: 43
- 23 İyun 2026 15:47
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Azərbaycan yığması 17 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində ikinci oyununu keçirib. Allsport.az xəbər verir ki, yığmamız qrup oyunlarına ev sahibliyi edən Belçika komandası ilə qarşılaşıb.
Qarşılaşma yığmamızın məğlubiyyəti ilə başa çatıb. Qızlarımız bu dəfə minimal hesablı məğlubiyyətə üzülüblər – 0:1.
Xatırladaq ki, komandamız ilk oyunda Çex Respublikasına 1:4 hesabıyla uduzmuşdu. Belçika isə Gürcüstana 15:0 hesabıyla qalib gəlmişdi.