- Baxış sayı: 42
- 02 Sentyabr 2026 21:46
- Baxış sayı: 54
- Sentyabr 23, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoldaşlıq oyunu keçirib. Allsport.az xəbər verir ki, Macarıstan yığması ilə qarşılaşan futbolçularımız 3:1 hesabı ilə qələbə qazanıb.
Hikmət Bağırovun dubl etdiyi oyunda 1 dəfə Orxan Məmmədov fərqlənib.
Növbəti rəqib Birləşmiş Ərəb Əmirlikləri yığması olub. Millimiz bu oyunu da qələbə ilə başa vurub – 3:2. Bu qarşılaşmada Orxan Məmmədov dubl edib. Komandamızın digər qolunun müəllifi isə Sabir Allahquliyev olub.