- Baxış sayı: 41
- 19 İyul 2026 20:09
- Baxış sayı: 55
- İyul 19, 2026
- 0

3×3 basketbol üzrə dünya qadın seriyasının Bakı mərhələsində ilk oyun gününün qarşılaşmaları keçirilib.
Allsport.az xəbər verir ki, qadınlardan ibarət Azərbaycan millisi ilk təsnifat oyununda Benin yığmasını 21:3 hesabı ilə məğlub etsə də, ikinci görüşdə Braziliyaya 9:19 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.
“Neftçi” isə qrup mərhələsinə qələbə ilə başlayıb. Təmsilçimiz ilk matçda Çexiyanın “Praqa” klubunu 18:14 hesabı ilə məğlub edib.
İkinci görüşdə Litva millisinə 16:21 hesabı ilə uduzan “Neftçi” buna baxmayaraq 1/4 finala yüksəlmək şansını qoruyub saxlayıb.
Qruplarda ilk iki yeri tutan komandalar 1/4 finala vəsiqə qazanacaq. Bu mərhələnin oyunları iyulun 19-da keçiriləcək.