- Baxış sayı: 388
- 24 İyul 2026 11:58
- Baxış sayı: 161
- İyul 22, 2026
- 0

Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi tarixində ilk dəfə Avropa çempionatının “B” divizionunda qrup mərhələsində qələbə qazanıb.
Allsport.az xəbər verir ki, Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən yarışın ikinci turunda yığmamız Ukrayna seçməsi ilə üz-üzə gəlib.
İlk hissəni geridə başa vuran millimiz fasilədən sonra əla dönüş edərək 77:68 hesablı qələbə qazanıb.
Qarşılaşmanın ən dəyərli oyunçusu Azərbaycan millisinin üzvü Emanuel Aqbason olub. O, 20 xal və 17 ribaundla komandasının qələbəsində həlledici rol oynayıb.
Bu nəticə Azərbaycanın U-18 millisinin Avropa çempionatının “B” divizionunda qrup mərhələsində qazandığı ilk qələbə kimi tarixə düşüb.
Yığmamız növbəti oyununu iyulun 26-da Bakı vaxtı ilə saat 12:30-da İslandiya millisinə qarşı keçirəcək.