- Baxış sayı: 66
- 06 Noyabr 2026 14:54
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışında olan çimərlik futbolu üzrə Azərbaycan milli komandası iki yoxlama oyunu keçirib. Allsport.az xəbər verir ki, Yaponiya yığmasına 1:3 hesabı ilə məğlub olan millimiz, Özbəkistan komandasına 3:2 hesabı ilə qalib gəlib.
İlk oyunda futbolçularımızdan Zeynal Zeynalov fərqlənib. Özbəkistan millisinin qapısından isə topları Elvin Quliyev, Sabir Allahquliyev və Renat Sultanov keçirib.