Millimiz Yunanıstanda fiaskoya uğradı

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirib.

Allsport.az xəbər verir ki, yığmamız Yunanıstanın Patra şəhərindəki Pampeloponnisiako stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb və 0:2 hesabı ilə uduzub.

Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv ilkin seçmə mərhələ çərçivəsində Yunanıstan yığmasına 1:6, Almaniya komandasına isə 0:2 hesabı ilə məğlub olmuşdu. Yığmamız seçmə mərhələni xalsız başa vurub.

Həmin kateqoriyadan