Millimizin baş məşqçisi 1:6 hesablı məğlubiyyəti şərh etdi

17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstan yığması ilə keçirilmiş oyunla bağlı fikirlərini bildirib.

Allsport.az xəbər verir ki, o, yığmanın 1:6 hesablı məğlubiyyətini şərh edib:
 
“İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu. Qapımıza təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişdi. 9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.

Həmin kateqoriyadan