Millimizin baş məşqçisi: Düzgün nəticə çıxara bilsək, qrupda fürsət qazana bilərik

İsveçrənin Sürix şəhərində, UEFA-nın mənzil qərargahında 2022-ci ildə Qətərdə təşkil ediləcək Dünya Kubokunun seçmə mərhələsinin püşkatması olub. Allsport.az xəbər verir ki, millimizin baş məşqçisi Canni De Byazi püşkü belə dəyərləndirib:

“Bu qrupda 5-ci səbətdən gələn komandayıq və bunu vurğulamaqla yeni nəsə demiş olmuruq. Qarşıda 4 aya yaxın vaxtımız var. Bu müddətdən hazırlıq üçün səmərəli istifadə etməliyik. Albaniya millisinin baş məşqçisi çalışdığım dövrdə, Avro-2016-nın seçmə mərhələsində Portuqaliya və Serbiya komandaları ilə qarşılaşmışam.

Millətlər liqasında keçirdiyimiz oyunlardan düzgün nəticə çıxara, orada qazandığımız təcrübədən düzgün yararlana bilsək, hesab edirəm ki, yaxşı oynamaqla qrupda fürsətimiz ola bilər”.

Azərbaycan millisi “A” qrupunda Portuqaliya, Serbiya, irlandiya və Lüksemburq yığmaları ilə mübarizə aparacaq.

Həmin kateqoriyadan