- Baxış sayı: 33
- 02 Noyabr 2026 13:35
- Baxış sayı: 274
- Oktyabr 25, 2026
- 0

U-21 millimizin üzvü Fərid Nəbiyev koronavirusa yoluxub. Allsport.az saytı xəbər verir ki, Çex Respublikasının “Viktoriya Jijkov” klubunda çıxış edən həmyerlimiz ev şəraitində karantinə alınıb. Bu səbəbdən o, Slovakiyaya qarşı oyun üçün U-21 yığmasına qoşula bilməyəcək.
Nəbiyev oktyabrın 13-dək ev şəraitində karantində qalacaq. Testin nəticəsinə uyğun olaraq bundan sonra o, məşqləri bərpa edəcək.
Çex Respublikasında son günlər koronavirusa yoluxma sayı sürətlə artır. “Viktoriya Jijkov”da Fəriddən başqa da bir neçə futbolçunun test nəticəsi müsbət olub.